Modern.az

Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR

Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR

Dünya

24 Oktyabr 2021, 21:14

Avropa İttifaqı (Aİ) bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyini yenidən açmağı planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə İngiltərənin "Financial Times" nəşri öz mənbələrinə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı son qərar təhlükəsizlik vəziyyətinə əsasən veriləcək. Qeyd olunur ki, ölkədəki real vəziyyəti qiymətləndirmək üçün sentyabr ayında Brüsseldən bir heyət Əfqanıstana səfər edib.

 

Mənbələr qeyd edib ki, Avropa İttifaqı Kabildəki diplomatik missiyasının işinin bərpasında maraqlıdır, çünki bu, humanitar yardımın daha effektiv şəkildə göstərilməsinə və evakuasiyaların həyata keçirilməsinə imkan verəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?