Arxiv
25 Oktyabr 2021, 11:20 | HADİSƏ
Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gündən palataya köçürülməlidir.

Modern.az xəbər verir ki, bunu APA-ya Hafiz Hacıyevin oğlu deyib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Həkimlər süni tənəffüs aparatından ayırıblar. Daha da yaxşı olacağına ümid edirik. Ağciyərində bir az buzlaşma olduğu üçün süni nəfəs aparatına qoşulmuşdu. Amma artıq yaxşıdır. Həkimlər bu həftənin axırına xəstəxanadan çıxara biləcəyimizi deyirlər”.

Qeyd edək ki, koronavirusa yoluxmuş H. Hacıyev oktyabrın 17-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

***

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, unikal.org-un məlumatına görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır.

 

Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv