Arxiv
25 Oktyabr 2021, 15:40 | HADİSƏ
Füzuli aeroportuna Rusiyadan xüsusi reys olub

Sabah Füzuli Beynəlxalq Hava Limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılışda iştirak edəcək. Bəs bundan sonra Füzuli Beynəlxalq Hava Limanı region üçün hansı töhfələri verəcək?

 

Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, hava limanı regionunun inkşafına təsir edəcək:

 

“Prezidentin qeyd etdiyi kimi Füzuli Hava Limanı Qarabağın hava qapısıdır. Təməlqoyma mərasimi yeni olub, görünən odur ki, ilkin yaşayış məhəlləsinin yaranması zaman alacaq. Konkret bir zaman deyilməsə də, bu proses bir-iki ili alacaq. Amma bunu da nəzərə alaq ki, Füzuli şəhəri artıq Şuşaya “Zəfər yolu” vasitəsiylə birləşir. Bu da imkan verə bilər ki, Şuşa şəhərinə gedən sərnişinlər hava limanından istifadə edə bilsin. Lakin təbii olaraq, Füzuli şəhəri bərpa olunana qədər daha çox yük daşınmaları üçün istifadə olunacaq".

 

Deputat Rusiyanın Tatarıstan Respublikasından Füzuli aeroportuna xüsusi reysin də həyata keçirildiyini açıqlayıb.

 

"Yaxınlarda Tatarıstandan Füzuliyə xüsusi reys oldu. Rəsmi açılışdan sonra bizim gözləntilərimiz daha çox olacaq. Bütünlükdə isə hava limanı regionda yük daşınmalarının həcminə təsir göstərəcək. Həm region vasitəsi ilə yük daşıyan ölkələr qazanacaq, həm də investisiyanın cəlb edilməsinə şərait yaradılacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv