Modern.az

Diasporumuz Finlandiya jurnalında - FOTO

Diasporumuz Finlandiya jurnalında - FOTO

25 Oktyabr 2021, 17:16

Finlandiyanın “Puolikuu” jurnalında “Azərbaycan Mədəniyyəti Günü” sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, məqalədə Azər-Türk Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində gerçəkləşdirilən maraqlı tədbirdən bəhs edilib.

 

Məqalədə bildirilib ki, Finlandiya-Azərbaycan əlaqələrinə həsr olunan yüksək səviyyəli tədbirdə qonaqlara ölkəmizin zəngin mədəniyyəti və adət-ənənələri barədə geniş məlumat verilib, Azərbaycan musiqisi səsləndirilib və Azərbaycan rəqsləri nümayiş etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir