Modern.az

1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ

1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ

25 Oktyabr 2021, 17:59

Tatarıstanla Moskvadakı federal mərkəz arasında səlahiyyət bölgüsü uğrunda mübarizə davam edir.

 

Modern.az xəbər verir ki, Tatarıstan prezident postunu ləğv etməkdən imtina edib.

 

Ölkə parlamenti “Rusiya Federasiyasının subyektlərində ictimai hakimiyyətin təşkilinin ümumi prinsipləri” haqqında federal qanuna “yox” deyiblər. Həmin qanunda bütün bölgə və vilayət başçılarına eyni ad – Rusiya Federasiyası subyektinin rəhbəri adının verilməsi təklif olunurdu.

Deputat Pavel Kraşennikov və senator Andrey Klişasın təklif etdiyi qanun layihəsi həmçinin, subyekt rəhbərlərinin 2 müddətdən artıq rəhbər seçilməsinə icazə verir.

 

“Qanunun ayrı-ayrı hissələri Rusiyanın federativ hüquq dövlət olması barədə konstitusiya təsbiti ilə ziddiyyət təşkil edir”, -deyə Tatarıstan parlamentinin dövlət quruculuğu komitəsinin sədri Albert Xabibullin açıqlama verib.

 

O, məsələnin Dövlət Dumasının birinci oxunuşunda qəbul olunacağı halda müzakirələrə geri dönəcəklərini əlavə edib.

 

Rusiyanın 12 subyektindən 11-i 2010-cu ildə dövlət başçısını prezident adlandırmaqdan imtina edib. Bu addımı ilk olaraq, Çeçenistan rəhbəri Ramzan Kadırov atmışdı. O, “ölkədə yalnız 1 prezident olmalıdır”- deyə bu addan imtina etmişdi. Hazırda yalnız Tatarıstan regionun başçısını prezident adlandırır.

 

Hazırda Tatarıstana Rüstəm Minnixanov başçılıq edir. O, 2025-ci ilə qədər Tatarıstan prezidenti qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir