Modern.az

Türkiyəda daha 232 nəfər virusun qurbanı oldu

Türkiyəda daha 232 nəfər virusun qurbanı oldu

25 Oktyabr 2021, 23:52

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 232 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 351 152 nəfərdən test götürülüb, onların 27 663-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 824 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,95 %-nə bir doza,  77,68 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir