Modern.az

\"Facebook\" Braziliya Prezidentinin videosunu SİLDİ

\

26 Oktyabr 2021, 00:28

"Facebook" və "İnstagram" platformaları Braziliya Prezidenti Jair Bolsonaronun koronavirus peyvəndinin QİÇŞ xəstəliyi ilə əlaqəsinin olmasından bəhs etdiyi videonu silib.

 

Modern.az xəbər verir ki, bu barədə "Folha de São Paulo" qəzeti yazıb.

 

Qəzet bildirib ki, şirkət nümayəndələri sosial media siyasəti COVID-19 əleyhinə peyvəndlərin insanları öldürdüyünə və ya insanlara ciddi zərər verə biləcəyinə dair istinadlara icazə verməyib .

 

Bolsonaro İngiltərədən gələn peyvəndlərlə QİÇŞ xəstəliyinin inkişafının əlaqəsini olduğunu bildirib. Braziliya İnfeksiyalar Cəmiyyəti və Braziliya Tibb Dərnəyi kimi müxtəlif təşkilatlar Bolsonarunun açıqlamalarını təkzib edib.

 

 Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi