Nigeriyanın Maza-Kuka bölgəsində motosikletli silahlı şəxslər səhər namazı üçün toplaşan şəxslərə atəş açıb.
Modern.az xəbər verir ki, hücumda 18 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Nigeriya vilayət polis komissarı hücumda 7 nəfərin qaçırıldığını və bir çox mülkə ziyan dəydiyini bildirib.
Bölgəyə göndərilən təhlükəsizlik qüvvələrinin hücumçunu zərərsizləşdirdiyini bildirib.
Akif İsmayılov