Modern.az

Prezidentin köməkçisi yenidən bu vəzifəyə təyin edildi

Prezidentin köməkçisi yenidən bu vəzifəyə təyin edildi

26 Oktyabr 2021, 11:35

Oktyabrın 25-də Azərbaycan Beynəlxalq Bankı (ABB) Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib. 

 

Modern.az xəbər verir ki, ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib. 

 

Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin olunub.  

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi