Modern.az

Cavanşir Paşazadə qalmaqallı statusundan DANIŞDI: “Sürücüm edib...”

Cavanşir Paşazadə qalmaqallı statusundan DANIŞDI: “Sürücüm edib...”

Parlament

26 Oktyabr 2021, 11:46

“Bazar günü Özbəkistanda keçirilmiş prezident seçkiləri kifayət qədər şəffaf yekunlaşdı. Azərbaycanlı müşahidəçilər olaraq, təxminən 20-25 seçki məntəqəsində seçkiləri müşahidə etdik”.

 

Bu sözləri Modern.az-a oktyabrın 25-də Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş deputat Cavanşir Paşazadə deyib.

O bildirib ki, hava durumunun da əlverişli olması nəticəsində özbəklər prezident seçmək üçün səsverməyə həvəslə qatılıblar.

 

Cavanşir Paşazadə ötən gündən etibarən mətbuatda haqqında yazılanlara da cavab verib:

 

“Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarır, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib.

Mən bir deputat olaraq, həmişə işimin başında, seçicilərimin yanında, görüşlərdəyəm. Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər.

Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bu cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”.

 

Qeyd edək ki, Cavanşir Paşazadənin Facebook hesabında Özbəkistandakı seçkilərlə bağlı ötən gün yerləşdirilən paylaşımı tənqid olunub.

Deputatın paylaşımında orfoqrafik səhvlərə yol verilməsi qısa müddətdə xeyli müzakirəyə yol açıb.

 

Nəticədə C.Paşazadə sözügedən paylaşımı silib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır