Modern.az

Ərdoğanın Füzulidə rəsmi qarşılanması - YENİLƏNİB

Ərdoğanın Füzulidə rəsmi qarşılanması - YENİLƏNİB

Hadisə

26 Oktyabr 2021, 13:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbayacana səfəri başlayıb. Modern.az xəbər verir ki, az öncə Ərdoğanı gətirən təyyarə Füzulidəki Beynəlxalq Hava Limanına eniş edib. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Daha sonra Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub. 



***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Ankaradan Azərbaycana səfərə yola düşüb. Esenboğa hava limanında prezidenti Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

 

Modern.az saytı Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezidenti bu səfərdə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlüd Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.
 

Xatırladaq ki, birgünlük səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə ilə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda Türkiyənin də dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılacaq.

 

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, hazırkı regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı