Arxiv
26 Oktyabr 2021, 12:30 | TƏHSİL
Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.


Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmanın təsdiq olunmasıdır.


Yoluxma nəzərə alınaraq, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv