Modern.az

İran niyə 30 il Ermənistana dəstək verib? - SƏBƏB

İran niyə 30 il Ermənistana dəstək verib? - SƏBƏB

Dünya

26 Oktyabr 2021, 12:51

“İran Türkiyəni əngəlləmək üçün Ermənistana dəstək verib”.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə açıqlamasında Livandakı “Hizbullah” təşkilatının keçmiş Baş katibi Şeyx Sübhi Əl-Tufeyli açıqlama verib.

 

Şeyx İranın eks-xarici işlər naziri Əli Əkbər Vilayəti, sonralar ali dini liderin beynəlxalq məsələlər üzrə köməkçisi olmuş Əli Əkbər Vilayəti ilə söhbətini xatırlayıb.

“O vaxtlar Vilayəti ilə görüşdə ona sual etdim: “Niyə müsəlman azərbaycanlılara qarşı xristian ermənilərə dəstək verirsiniz?”. Buna cavab olaraq, iranlı nazir “Ermənistan Türkiyənin Azərbaycana, Türkmənistana və digər türkdilli ölkələrə gedən yolunda maneədir. Biz Ankaranın yolunu kəsmək üçün İrəvanın möhkəmlənməsinə dəstəyimizi verəcəyik”-, deyə Vilayəti söyləyib.

 

Din xadimi İranın Ermənistana hərbi-siyasi yardım göstərdiyini də əlavə edib.

“Azərbaycanla gərginliyə sionizm faktoru ilə əsaslandıranlar reallığa qarşı gedir. Tehranın siyasəti heç zaman dürüst olmayıb. Tehranın əksər addımları dağıntılara yol açır. Bu isə İranın öz maraqlarına ziddir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi