Modern.az

Füzuli Beynəlxalq Hava Limanının AÇILIŞI OLDU 

Füzuli Beynəlxalq Hava Limanının AÇILIŞI OLDU 

Ölkə

26 Oktyabr 2021, 13:36

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbayacana rəsmi səfər edib.

Modern.az xəbər verir ki, Ərdoğanı gətirən təyyarə Füzulidəki Beynəlxalq Hava Limanına enib. 


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.


Daha sonra Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Hər iki prezidentə Qarabağın hava qapısının simvolu olan açar bağışlanıb. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı