Modern.az

Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü”

Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü”

Dünya

26 Oktyabr 2021, 16:12

Əfqanıstan hazırda dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir. Belə ki, avqust ayında “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra iqtisadiyyatında kəskin pisləşmə müşahidə olunur. Xalqın aclıqla mübarizə apardığı ölkədə bir ailə əlacsızlıqdan körpə qızını 500 dollara (təxminən 850 manata) tanımadığı kişiyə satıb.

 

Modern.az xəbər verir ki, uşağın taleyi məlum olmasa da, ailə başqa çarələrinin olmadığını bildirib. Satılan körpənin anası buna məcbur olduğunu deyib:

 

 “Digər uşaqlarım acından ölürdü, ona görə də qızımı satmalı olduq. Kaş ki, qızımı satmağa məcbur olmayaydım”.

 

Qızın atası isə zibil yığmaqla ailəni dolandırdığını, lakin bundan heç nə qazanmadığını deyib: "Acından ölürük. Hazırda evdə un, yağ yoxdur. Heç nəyimiz yoxdur. Qızımın gələcəyinin necə olacağını bilmirəm. Amma mən bunu etməli idim".

 

BBC müxbiri Yoqita Limaye körpənin yeriməyə başladıqdan sonra onu alan adam tərəfindən aparılacağını bildirib:

 

“Alan adam indiyə qədər 500 dolların yarısından çoxunu ödəyib. Bu, bir neçə ay ailəni idarə edəcək. Adam uşaq ilə evlənəcəyini deyib, amma heç kim olacaqlardan əmin deyil”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir