Modern.az

BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI

BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI

26 Oktyabr 2021, 18:15

COVID-19 pandemiyasına qarşı mübarizədə nəzərə alınmamış məqamları analiz etmək və yeni epidemioloji çağırışlara hazır olmaq lazımdır.

Modern.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş özünün “Twitter” səhifəsində yazıb.

“Hazırda dünyada pandemiya ilə mübarizədə buraxılan səhvlərin təkrarlanmasının qarşısını ala biləcək müasir və müvafiq şəkildə maliyyələşən hazırlıq sisteminə ehtiyacımız var”, - deyə Antoniu Quterriş bildirib. Onun sözlərinə görə, bu, qarşısını vaxtında ala bilmədiyimiz sonuncu pandemiya olmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər