Modern.az

ADA-da müsabiqə YEKUNLAŞDI

ADA-da müsabiqə YEKUNLAŞDI

Aktual

26 Oktyabr 2021, 18:30

Oktyabrın 25-də ADA universitetində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində Dayanıqı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər tərəfindən Ümumdünya Yoxsulluqla mübarizə gününə həsr olunan “Yoxsulluğu Yenidən Araşdır” Tədqiqat İşi Müsabiqəsinin yekun mükafatlandırma mərasimi baş tutub.

 

Modern.az xəbər verir ki, parlamenti təmsil edərək tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak edib. 

M.Əfəndiyev iştirakçıları salamlayaraq ilk növbədə Azərbaycanın 1991-ci ildən, müstəqilliyini əldə etdikdən sonra əhalinin yoxsulluğunun aradan qaldırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətindən, bu çərçivədə həyata keçirilən işlərdən və böyük təşəbbüslərdən bəhs etdi. 

Millət vəkili bu istiqamətdə aparılan çoxvektorlu, uğurlu siyasət nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizədək düşdüyünü xüsusi vurğuladı. 

 

Eyni zamanda M.Əfəndiyev COVİD-19 koronavirusunun ölkəmizdə yaratdığı neqatif fəsadlarların iqtisadi fəallığı azaltması, iş yerlərinin bağlanması kimi problemlər yaratdığını vurğulayaraq dünyada yoxsulluq səviyyəsinin artmasını və bu sahəyə daha çox diqqət yetirilməsinin zəruriliyini qeyd etdi: “Hal-hazırda bir çox dünya ölkələrində, xüsusilə Afrika qitəsində, habelə Əfqanıstanda yoxsulluq həddi pik nöqtəyə çatmışdır. Bu baxımdan Azərbaycan gəncliyi, tələbələrinin müsabiqədə iştirak etmələri, bu istiqamətdə öz fikirlərini bölüşmələri bir daha gənclərimizin intellektual səviyyəsinin yüksək olduğunu və hər zaman öyrənmək imkanlarının inkişaf etdirilməsinə həvəsinin təzahürüdür”.

Onu da qeyd edək ki, tədbirdə Dayanıqlı İnkişaf Məqsədləri (DİM1) üzrə Gənc Səfir Şərqiyyə Həsənova tərəfindən "Yoxsulluğu Yenidən Araşdır" kampaniyası çərçivəsində görülən işlərə dair ətraflı məlumat verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir