Arxiv
26 Oktyabr 2021, 18:57 | AKTUAL
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

 

Nazirlər Kabinetindən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olundu, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olundu.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv