Modern.az

Boksçumuz erməni ilə üz-üzə gələcək

Boksçumuz erməni ilə üz-üzə gələcək

Aktual

26 Oktyabr 2021, 23:49

 Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb.

 

Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) otuz ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

 

M.Həsənov on altıdabir finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.

 

Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə on altıdabir finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

 

Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir