Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sarkisyanı Ər-Riyad hava limanında səfər etdiyi ölkənin xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb.
Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.
Akif İsmayılov