Arxiv
27 Oktyabr 2021, 09:30 | İQTİSADİYYAT
Gələn ilin dövlət büdcəsinin GƏLİR və XƏRCLƏRİ

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı proqnozlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanunda bildirilib.


Gəlirlər və xərclər 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.


Büdcə gəlirləri və xərcləri nəzərə alındıqda, dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq.

 

Qeyd edək ki, gələn ilin büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərcləri əhatə edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv