Arxiv
27 Oktyabr 2021, 10:25 | ÖLKƏ
Gələn il üçün hərbi xərclərin MƏBLƏĞİ

Azərbaycanda gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4.489 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, dövlət büdcəsindən növbəti il müdafiə qüvvələrinə 2.153 milyard manat, milli təhlükəsizlik üçün 285.501 milyon manat, dövlət sərhəd xidməti üçün 441.585 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

 

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26,82 milyard manat təşkil edəcək. Bu, 2021-ci illə müqayisədə 5,4 faiz artıqdır. 

 

Dövlət büdcəsinin  gələnilki xərcləri isə 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv