Modern.az

Gələn il sosial sahəyə ayrılacaq vəsaitin MƏBLƏĞİ

Gələn il sosial sahəyə ayrılacaq vəsaitin MƏBLƏĞİ

27 Oktyabr 2021, 10:47

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 milyard 565 milyon 794 min 062 manat vəsait ayırılıb.

 

Bunlardan 310 milyon 043 min 606 manat sosial müdafiəyə, 5 milyon 243 min 653 manat sosial təminata, 50 min manat sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara, 3 milyard 250 milyon 456 min 803 manat sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə xərclənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir