Modern.az

UNEC-də “Erməni dili” kurslarına start verildi

UNEC-də “Erməni dili” kurslarına start verildi

27 Oktyabr 2021, 12:20

UNEC-də tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb.

 

Universitetdən Modern.az-a verilən məlumata görə,  Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin məqsədi tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini  məlumatlandırmaq imkanı yaratmaqdır.

 

Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır