Arxiv
27 Oktyabr 2021, 12:49 | ÖLKƏ
Ərdoğan Əliyevlə Azərbaycan-İran gərginliyini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Azərbaycan və İran arasında yaşanan gərginliyi müzakirə edib.

 

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, Azərbaycanın dövlət başçısı bu məsələdə qətiyyətli mövqe sərgiləyir və güzəştə getmir.

 

"Azərbaycan Prezidenti dedi ki, “Bizim İsrailə yönəlmiş hər hansı güzəştimiz yoxdur, biz İsraillə hər cür mal mübadiləsi içərisində addım ata bilərik. Digər ölkələrlə necə addım atırıqsa, burada da eyni şəkildə İsraillə bu cür əlaqələrimiz var və bundan sonra da belə olacaq”.

 

Bu məsələlərdə ölkələr bir-birlərinin qərar qəbuletmə mexanizmlərinə təsir göstərməməlidir. Ümid edirik ki, İran da burada sağlam düşüncə ilə hərəkət edərsə, İran və Azərbaycan arasında heç bir problem yaşanmaz", - deyə Ərdoğan vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv