Arxiv
27 Oktyabr 2021, 13:12 | TƏHSİL
Ləğv edilmiş altqruplar bərpa olunur 

Ali məktəbə qəbul imtahanlarında ixtisas qrupları üzrə əvvəlki illərdə ləğv edilmiş altqruplar bərpa olunur.

 

Bununla bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov abituriyentlərin seçdikləri ixtisas üzrə uyğun fənlərdən imtahan verə biləcəyini bildirib:

 

“III qrupda dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupu yaradılıb. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq, coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

 

Bundan başqa birinci qrup üzrə imtahan verən və informatika ixtisasını seçmək istəyən abituriyentlər üçün kimya fənnindən deyil, informatikadan imtahan vermək şansı yaradılacaq”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında gələn həftə dəyişikliklər barədə məlumatların elan olunacağını deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv