Arxiv
27 Oktyabr 2021, 14:08 | DÜNYA
Kremldən Türkiyəyə “Bayraktar” MESAJI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ordusunun Donbas regionunda separatçılara qarşı “Bayraktar” dronlarını tətbiq etməsinə münasibət bildirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mətbuat katibi Türkiyənin Ukraynaya “Bayraktar” satmasından təəssüfləndiklərini əlavə edib.

“Bizim Türkiyə ilə doğrudan da yaxşı münasibətlərimiz var. Amma son hadisə bu tip silahların Ukrayna hərbçilərinə verilməsinin təmas xəttində vəziyyətin potensial gərginləşməsinə xidmət edəcəyini görürük”.

 

Xatırladaq ki, oktyabrın 26-da Ukraynanın “Bayraktar” dronlarını separatçılara qarşı tətbiq etməsinə dair ilk video yayılmışdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv