Modern.az

Elm sahəsinin xərcləri artırılacaq

Elm sahəsinin xərcləri artırılacaq

Təhsil

27 Oktyabr 2021, 13:55

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin elm sahəsinə xərcləri 202,79 milyon manat səviyyəsində gözlənilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə "2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanun layihəsində deyilir.

 

Gələn il bu sahəyə büdcə xərclərinin 2021-ci illə müqayisədə 10,6 faiz artırılması nəzərdə tutulur. 2021-ci ildə elm sahəsi üçün dövlət büdcəsindən 183,3 milyon manat ayrılıb.

 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

 

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!