Modern.az

İran şahının arvadı memuarlarını yenidən çap etdirdi

İran şahının arvadı memuarlarını yenidən çap etdirdi

27 Oktyabr 2021, 15:32

İranın devrilmiş şahının mühacirətdəki xanımı Fərəh Pəhləvinin "1001 gün" başlıqlı memuarları   ikinci dəfə nəşr olunub.

Modern.az xəbər verir ki, bu barədə şahbanu Fərəh Pəhləvinin özü sosial şəbəkədə məlumat paylaşıb.

Xatırladaq ki, kitab ilk dəfə 1978-ci ildə fransız dilində nəşr olunub.  Fərəh xanımın kitabda toplanmış xatirələri İranın az qala 60 illik tarixinə işıq salır.

Şahbanu kitabın satış gəlirlərinin bir hissəsinin Harvard Universitetinin "Əlirza Pəhləvi Vəqfi"nə köçürüləcəyindən xoşbəxtliyini ifadə edib.

80 yaşlı Şahbanu Fərəh Pəhləvi 1979-cu ildə islam inqilabı nəticəsində devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşıdır.

Xərçəngdən əziyyət çəkən şah 1980-ci il iyulun 27-də Qahirədə vəfat edib və ər-Rifahi məscidində basdırılıb. Şahın ölümündən sonra Misir prezidenti şah ailəsinə yaşamaları üçün saray ayırsa da, Fərəh Pəhləvi və ailəsi ABŞ-a mühacirət edib.

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi hazırda Vaşinqtonda yaşayır. Böyük oğlu Rza Kir Pəhləvi də ailəsi ilə bərabər Vaşinqtondadır. İran mühacirlərinin bir hissəsi onu "şah" adlandırır. Rza Kir Pəhləvi atasının vəfatından sonra varis kimi bu titulu götürüb. Şahbanu oğlunun siyasi fəaliyyətini dəstəkləyi. Fərəh xanıma əvvəlki kimi şahbanu deyərək müraciət olunur.

Fərəh Pəhləvinin qızı şahzadə Leyla 2001-ci ildə vəfat edib. 2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib. Şahbanunun kiçik oğlu Əlirza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!