Modern.az

“İçərişəhər”də görünməmiş İZDİHAM – “Qrafiki dəyişə bilmərik!”

“İçərişəhər”də görünməmiş İZDİHAM – “Qrafiki dəyişə bilmərik!”

27 Oktyabr 2021, 17:23

“Bakı Metropoliteni”də “İçərişəhər” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatar günün pik saatında, xüsusilə də 18:00-18:15 radələrində “İçərişəhər” stansiyasından depoya yola düşür. Bu isə stansiyada heç vaxt görünməmiş sıxlığa səbəb olur. Sanki qatarın depoya göndərilməsi sırf insanların daha da sıxlaşması, izdiham yaranması məqsədinə xidmət edir.

 

Modern.az-ın stansiyada müşahidə aparan əməkdaşı dəfələrlə bu halın şahidi olub.

 

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq, qatarın depo saatının dəyişdirilməsinin mümkün olmadığını diqqətə çatdırıb:

 

 

“Saat 18:11- də metronun “İçərişəhər” stansiyasından “Nərimanov” elektrik deposuna qatar yola düşür. Bu, qrafik üzrə belədir. Səbəbi ilə bağlı iki diqqət edilməli məqam var. Belə ki, bu saat həmin marşrut üzrə gediş-gəlişi təmin edən qatarın texniki baxış və qulluq üçün göndərilmə reysinə təsadüf edir. Metropoliten xətlərindəki sistemə görə, “Bakmil” stansiyası və elektrik deposu “İçərişəhər” - “Həzi Aslanov” xəttinin ortasında yerləşir. Qatarın texniki baxışa göndərilməsi və həmin xətdən digər qatarın daxil olması nəzərə alınmalıdır.

 

Metropolitendə ehtiyat qatarlar mövcuddur. Həmin saatda interval qeyd ediləndən kənara çıxmır və xətt mütləq ehtiyat qatarlarla təmin edilir. Bakı metropolitenin xətlərində qatarların dövrə vurması və texniki baxışa göndərilməsi müvafiq normativ sənədlərlə tənzimlənir. Bu sənədlərin tələbinə mütləq şəkildə əməl olunmalıdır”.

 

B. Məmmədov vurğulayıb ki, “İçərişəhər”- “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarın 18:11-də depoya göndərilməsi hərəkət qrafiki pozulmasına səbəb olmur:

 

“Bu, heç bir halda sərnişindaşıma prosesinə zərər gətirmir.  Qatarın hərəkətinə qrafik üzrə mane olan heç bir səbəb yoxdur. Həmin vaxt iş saatının başa çatmasına təsadüf etsə də, o qatar mütləq şəkildə depoya yola salınmalıdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?