Modern.az

Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR

Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR

Dünya

27 Oktyabr 2021, 19:34

Afrika İttifaqı Sudanda mülki şəxslərin rəhbərlik etdiyi keçid hökuməti qurulana qədər ölkənin təşkilata üzvlüyünü dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İttifaqın saytında məlumat yayılıb.

 

Açıqlamada çevrilişin Sudan konstitusiyasını pozduğu bildirilib. Dünya Bankı da Sudana bütün iqtisadi yardımı dayandırdığını açıqlayıb.

 

Qeyd edək ki, Sudanda ordu bazar ertəsi çevriliş edərək hakimiyyəti ələ keçirib.

 

Paytaxt Xartumda çevriliş əleyhinə nümayişlər üçüncü gününə daxil olub. Həmkarlar ittifaqları bu gündən etibarən nümayişlərdə həkimlərin və neft sektoru işçilərinin də iştirak etdiyini açıqlayıb.

 

 Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar