Modern.az

“Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI

“Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI

Dünya

27 Oktyabr 2021, 21:01

Türkiyənin “Baykar” şirkəti daha bir ölkəyə “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ixrac edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkət rəsmi “Twitter” hesabında məlumat yayıb.

 

Şirkət PUA-nın ixrac edildiyi yeni ölkənin adını açıqlamayıb.

 

Açıqlamada qeyd olunur ki, yeni müqavilə “BayraktarTB2”nin ixrac edildiyi ölkələrin sayı 13-ə çatıb.

 

Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal edilən “Baykratar TB2” PUA-ları əsasən qurudakı hədəflərə ağıllı raketlərlə zərbə endirmək üçün nəzərdə tutulub. PUA-lar Liviya və Suriyada Türkiyə tərəfindən, Qarabağda Azərbaycan tərəfindən düşmənə qarşı uğurla istifadə edilib.

 

Akif İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi