Modern.az

Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi

Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi

Dünya

27 Oktyabr 2021, 22:40

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın doğulduğu evə tarixi abidə statusu verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes sərəncam imzalayıb.

 

Tarixi abidə statusu alan ev Buenos-Ayresdə yerləşir. Maradona 1960-cı il oktyabrın 30-da həmin evdə anadan olub. Üç otaqdan ibarət olan evin yanında Maradonanın ilk məşqinə başladığı futbol meydançası var.

 

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də ürək çatışmazlığından dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?