Arxiv
28 Oktyabr 2021, 10:48 | DÜNYA
Türkiyə ilə İran bu şəhər uğrunda üz-üzə gələ bilər

Suriyanın şimalında gərgin hərbi situasiya davam edir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hələb və İdlib vilayətlərində Suriya hökumət qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriya müxalifəti arasında silahlı toqquşmalar davam edir.

 

Hələb vilayətində yerləşən Tel-Rifat şəhəri uğrunda yaxın sutkalarda Türkiyə Ordusu ilə Suriya hökumət qüvvələrinin üz-üzə gəlməsi gözlənilir.

 

İranın ötən gün bölgəyə 2 hərbi yüklü təyyarə göndərdiyi və regiondakı qüvvələrinin bir qismini Tel-Rifat şəhərinə cəlb etdiyi vurğulanır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv