Modern.az

Suriyadakı azərbaycanlı cihadçılar “Əl Qaidə” ilə TOQQUŞDU

Suriyadakı azərbaycanlı cihadçılar “Əl Qaidə” ilə TOQQUŞDU

28 Oktyabr 2021, 11:29

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbəl ət-Türkmən şəhərində silahlı qruplaşmalar arasında toqquşma olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl Qaidə”yə yaxınlığı ilə seçilən “Hayat Təhrir  əş-Şam” qruplaşması ilə “Cundulla” qruplaşması arasında döyüşlər başlayıb.

 

“Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd Culani “Cundulla” qruplaşmasını İŞİD-lə əlaqələrdə ittiham edərək onun mövqelərinə hücum edib. “Cundulla” qruplaşması isə öz növbəsində Culani və təşkilatını Rusiya ilə gizli danışıqlar aparmaqda və Latakiya bölgəsini bütünlüklə Suriya hökumət qüvvələrin təslim etməkdə ittiham edib.

 

Xatırladaq ki, “Cundulla” qruplaşmasının əsasını azərbaycanlılar təşkil edir. Onlar İŞİD qruplaşması İraqda darmadağın edildikdən sonra Suriyaya ərazisinə keçiblər. Qruplaşmanın rəhbəri Əbu Hənifə əl-Azəri satılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub