Modern.az

İki müəllim koronavirusdan öldü - Direktor karantina alındı

İki müəllim koronavirusdan öldü - Direktor karantina alındı

28 Oktyabr 2021, 11:44

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova koronavirus səbəbindən dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Mingəçevir Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

 

Məlumata görə, 13 nömrəli orta məktəbin direktoru Tünzalə Seyidova isə virusa yoluxub və hazırda karantindədir.

 

Mingəçevirdə yerləşən Ağdam rayon 74 saylı orta məktəbin ibtidai sinif müəllimi Abışova Raya Məcid qızı da COVİD-19 səbəbindən dünyasını dəyişib.

 

Bundan başqa Mingəçevir Şəhər Texniki Humanitar Liseyi isə koronavirusa yoluxmalar səbəbindən distant formada təhsilə keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı