Modern.az

Gələn il imtahanlara informatika salınmayacaq

Gələn il imtahanlara informatika salınmayacaq

Təhsil

28 Oktyabr 2021, 13:03

“I ixtisas qrupu üzrə kimya fənninin informatika ilə əvəzlənməsi gələn il üçün nəzərdə tutulmayıb”. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

 

“Lakin növbəti illərdə informatika ilə bağlı suallar qəbul proqramlarına salınacaq. Biz bu istiqamətdə mütəxəssisləri dəvət etmişik. Onun əlavə fənn olunması nəzərdə tutulur”.

DİM sədrinin sözlərinə görə, qəbul imtahanlarında I qrupa informatika fənni 2023-2024-cü tədris ilindən daxil ediləcək. Bununla bağlı proqram gələn ilin mart ayında ictimaiyyətə təqdim olunacaq.


O bildirib ki, I qrupda da ixtisaslar iki alt qrupa bölünəcək. İnformatika yönümlü ixtisasları seçənlər kimya fənninin əvəzinə informatika fənnindən imtihan verməli olacaqlar.

"İnformatika yönümlü ixtisaslara qəbul olunmaq istəyənlərin bu fənni seçmək imkanı olacaq. Hazırda bu istiqamətdə proqram hazırlanır. Gələn ilin əvvəllərində həmin proqram təqdim olunacaq. Biz ekspertləri və informatika müəllimlərini bu sahədə bizimlə əməkdaşlığa dəvət edirik".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!