Modern.az

Məleykə Abbaszadə özəl kursları TƏNQİD ETDİ

Məleykə Abbaszadə özəl kursları TƏNQİD ETDİ

28 Oktyabr 2021, 13:17

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.

 

Modern.az xəbər verir ki, DİM sədri deyib ki, valideynlər internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə bilərlər.

 

O bildirib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər:

 

“Bu baxımdan kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edirik, nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər