Modern.az

DİM sədrindən aşağı bal toplayan abituriyentlərə MÜJDƏ

DİM sədrindən aşağı bal toplayan abituriyentlərə MÜJDƏ

28 Oktyabr 2021, 13:30

300 baldan aşağı nəticə göstərib, istədikləri ixtisaslara düşə bilməyənlərin seçim imkanları artacaq.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

 

O bildirib ki, "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" ixtisaslarının III qrupa keçirilməsi ilə bu qrupa 1300 plan yeri əlavə olunacaq, bu da III qrupda ixtisas seçimi ilə bağlı gərginliyin aşağı düşməsinə gətirib çıxaracaq:

 

"300 baldan aşağı nəticə göstərib, istədikləri ixtisaslara düşə bilməyənlərin seçim imkanları artacaq. Həmçinin "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin seçəcəyi coğrafiya fənninin çətinlik dərəcəsi II qrupla eyni olacaq. Balların hesablanma alqoritmində də heç bir dəyişiklik olmayacaq. Fənnlərin əmsalları dəyişməyəcək. Sadəcə coğrafiya fənninin əmsalı ədəbiyyat fənninə uyğun olacaq".

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil ediliblər.

 

2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

 

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?