Modern.az

Lisey koronavirusa görə BAĞLANDI

Lisey koronavirusa görə BAĞLANDI

28 Oktyabr 2021, 16:09

Mingəçevir Texniki Humanitar Liseydə əyani tədris dayandırılıb.

 

Modern.az xəbər verir ki, koronavirusa yoluxmanın artması ilə əlaqədar 1630 nəfərlik şagird-müəllim kollektivindən ibarət lisey iki həftəlik distant təhsilə keçib.

 

Qeyd edək ki, liseyin direktoru Nailə Məmmədova, eləcə də şəhərdəki 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov hazırda COVİD-dən müalicə alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir