Modern.az

Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir

Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir

Aktual

28 Oktyabr 2021, 16:35

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu