Arxiv
28 Oktyabr 2021, 17:55 | AKTUAL
“Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO

“Türk Şurasına üzv olan dövlətlər Qarabağın bərpasına, minalardan təmizlənməsinə  dəstək verməlidirlər.  Türk dünyasının qəlbinin burada atdığını nəzərə alsaq, türk dövlətlərinin bu işə sahib çıxması vacibdir”.  

 

Modern.az xəbər verir ki, bunu Media Turk TV-ə açıqlamasında Mərmərə Universitetində Qafqaz tarixi üzrə mütəxəssis, Türkiyat Araştırmaları İnstitutunun müdiri, professor, doktor Okan Yeşilot deyib.

 

Türkiyəli professor bu qənaətdədir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı türk dünyası siyasi bir qərar qəbul etməlidir və türk dövlətləri Azərbaycana yardıma can atmalıdırlar:

 

“Bunun nəticəsinin yalnız Azərbaycan və türk dünyasına deyil, bölgəyə,  bütün dünyaya qatqısı olacaq. Bu məsələdə Azərbaycan tək buraxılmamalıdır”.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv