Arxiv
28 Oktyabr 2021, 21:50 | AKTUAL
Şahmatçılarımızdan QƏLƏBƏ

Azərbaycan şahmatçıları Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı Latviyanın paytaxtı Riqada təşkil olunan "Grand Swiss 2021" turnirində ikinci görüşlərini keçiriblər.

 

Modern.az xəbər verir ki, Abbasov latviyalı Nikita Meşkovsa, Məmmədov isə rusiyalı Mixail Antipova qalib gəlib.

 

Bu tur eyni zamanda Süleymanlı və Durarbəyli arasında Azərbaycan dueli ilə əlamətdar olub. Görüş ikincinin qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Grand Swiss" turnirinə noyabrın 8-də yekun vurulacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv