Modern.az

ABŞ kəşfiyyatının \"Taliban\"la bağlı UĞURSUZLUĞU

ABŞ kəşfiyyatının \

28 Oktyabr 2021, 22:32

ABŞ-ın kəşfiyyat qurumları Əfqanıstanda ballı dağınıq və olduqca fərqli proqnozlar verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) nəşri ölkənin dörd aparıcı kəşfiyyat təşkilatının hesabatlarının gizli xülasələrinə istinadən yazıb.

 

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Müdafiə Kəşfiyyat İdarəsi (DİA), Milli Kəşfiyyat Direktorluğu Ofisi və Dövlət Departamentinin Kəşfiyyat Bürosunun hazırladığı hesabatlarda ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra "Taliban"ın bu qədər sürətlə Kabili ələ keçirəcə biləcəyi proqnozlaşdırılmadığı qeyd edilib. 

 

Məlumatlarda Əfqanıstan hökuməti və ordusunun ABŞ-ın dəstəyi olmadan "Taliban"a qarşı nə qədər tab gətirə biləcəyi ilə bağlı müxtəlif qiymətləndirmələrin qeyd edildiyi və bu məsələ ilə bağlı proqnozların tamamilə uğursuz bildirilib.

 

Qəzetə açıqlama verən yüksək rütbəli məmur etiraf edib ki, kəşfiyyat orqanları Əfqanıstanla bağlı “mürəkkəb mənzərə” təqdim ediblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir