Modern.az

Mərkəzi Bank uçot dərəcəsini QALDIRDI

Mərkəzi Bank uçot dərəcəsini QALDIRDI

29 Oktyabr 2021, 11:06

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7 % səviyyəsində müəyyən edib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 6 %, yuxarı həddi isə 8 % səviyyəsində müəyyənləşib.

 

Onun sözlərinə görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı