Modern.az

Manatı devalvasiya riski gözləyir? - AÇIQLAMA

Manatı devalvasiya riski gözləyir? - AÇIQLAMA

İqtisadiyyat

29 Oktyabr 2021, 11:20

Mərkəzi Bank medianı diqqətlə  izləyir, gedən prosesləri dərindən təhlil edir. Xarakterik cəhət ondan ibarətdir ki, ekspertlər cəmiyyətə dəqiq proqnozlar verirlər, mənim dediyim fikirləri bu və ya digər formada təkrar edirlər.

 

Modern.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında manatın devalvasiyasından danışarkən bildirib.

 

E.Rüstəmov deyib ki, mətbuata çıxarılan başlıqlar sensasiyaya xidmət edir:

 

“Ümumiyyətlə, spikulyativ xarakterli başlıqlar nəyə xidmət edir, onu anlamıram. Bu gün bütün ölkədəki situasiya özündə makroiqtisadi sabitliyi ehtiva edir. Mərkəzi Bank və hökumətin qərarlarına əsasən nə bu il, nə də qarşıdakı illərdə manat üçün təhlükə gözlənilir. Əksinə manat möhkəmlənməkdə davam edir”.

 

Baş bankir qeyd edib ki, əhalini hansısa məqalə və başlıqlarla narahat etmək yolverilməzdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?