Modern.az

Elman Rüstəmov RAZILAŞMADI: “Manatın məzənnəsinə müdaxilə etmirik”

Elman Rüstəmov RAZILAŞMADI: “Manatın məzənnəsinə müdaxilə etmirik”

İqtisadiyyat

29 Oktyabr 2021, 11:59

“Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinə müdaxilə etmir. Bu, dərin, geniş və liberal bazardır. Bunu inzibati yolla necə idarə etmək mümkündür?!”

 

Modern.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında bildirib.

 

E.Rüstəmov qeyd edib ki, ümumilikdə milli valyutanın məzənnəsinin süni olması, inzibati yollarla tənzimlənməsilə bağlı deyilənlər həqiqətə uyğun deyil:

 

“Valyuta ehtiyatlarımız artır. Mərkəzi Bankın ehtiyatları azalsaydı, manatın məzənnəsinə haradasa müdaxilə barədə şayiələrə haqq qazandırmaq olardı ki, vəsait azalır. Amma indiki situasiyada belə bir hal yoxdur.

 

O ki, qaldı Dövlət Neft Fondundan transferlərə, bu prosesdə AMB yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Bu, daha çox fiskal prosesdir. Belə köçürmələr daha çox dövlət büdcəsi üçün həyata keçirilir.

Mərkəzi Bank çox kiçik hallarda banklardan valyuta alır. Banklar bazarda buna alıcı tapa bilməyəndə bizə müraciət edirlər. Manatı alırıqsa belə, bunu məzənnəni möhkəmləndirmək üçün edirik. Bəzi ekspertlər bu fikirdən istifadə edir. Bu gün ekspert bazası da çox irəli gedib. Amma belə fikri səsləndirən bir neçə ekspert hələ də qalıb.

Ona görə də xüsusilə ilin sonuna doğru insanları narahat etmək olmaz. Necə ki, keçən ilin yanvarında şayiələr yayıldı, insanlar kütləvi toplaşdılar. Bizim problemimiz şayiələrə inanaraq, hansısa addımlar atmağımızdır”.

 

Baş bankir bir daha xatırladıb ki, indiki neft qiymətləri fonunda manatı heç bir təhlükə gözləmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü