Modern.az

Milli Məclisdə 18 oktyabra görə FİKİR AYRILIĞI 

Milli Məclisdə 18 oktyabra görə FİKİR AYRILIĞI 

29 Oktyabr 2021, 12:12

"Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik edilməsi məsələsinə baxılıb".

 

Modern.az xəbər verir ki, Məcəlləyə dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Belə ki Məcəllədə də 28 May Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin bərpası günü kimi qeyd edilib.

 

Deputat Fazil Mustafa çıxışında Əmək Məcəlləsinə 18 oktyabr Müstəqilliyin bərpası gününün qeyri- iş günü kimi salınmasına etiraz edib:

 

"Cəmiyyətdə də bu məsələ ilə bağlı gözləntilər var. Əmək Məcəlləsində də bununla bağlı dəyişiklik olunmalı idi".

 

Deputat Əli Məsimli də həmkarının fikirlərini dəstəkləyib:

 

"Müstəqillik Günü dəyər olduğu üçün müstəqilliyin bərpası da dəyərdir. Birinin dövlət, birinin peşə bayramı səviyyəsində qeyd edilməsi qəbuledilməzdir. Ola bilsin ki bu gün qəbul edilməz. Qeyri- iş günləri sayının çox olması deyilirsə Novruz bayramında 5 gün qeyri-iş günü var. Həmin günlər 4 günə salına bilər. Bir gün Müstəqilliyin Bərpası günü qeyri-iş günü kimi təqvimə salınmalıdır".

 

Deputat Sabir Rüstəmxanlı da çıxışında 18 oktyabrın qeyri-iş günü olmasının vacibliyini vurğulayıb.

 

Parlamentin Birinci vitse spikeri Əli Hüseynli səslənən fikirlərə bu cür reaksiya verib:

 

"Sizin çıxışlarınızdan belə başa düşülür ki, indiyə qədər dövlətimiz, xalqımız bu günə ehtiramsız yanaşıb?! Bizim etdiyimiz sadəcə adların dəyişdirilməsidir. Əli müəllim, siz 18 oktyabrı indiyə kimi peşə bayramı kimi qəbul etmisiniz? Bu dövlət bayramıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir