Modern.az

AzTV-də baş direktor vəzifəsi ləğv olundu 

AzTV-də baş direktor vəzifəsi ləğv olundu 

29 Oktyabr 2021, 12:20

Tanınmış jurnalist Mehriban Məmmədova Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dəki vəzifəsindən ayrılıb.

 

Modern.az xəbər verir ki, o, “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. M. Məmmədovanın sözlərinə görə, televiziyanın “İnformasiya Proqramları” Studiyasının baş direktoru vəzifəsi ləğv olunub:

 

“Azad olunmaq məcburiyyətində qaldığım üçün özüm ərizə yazmışam. Struktur dəyişikliyi aparılıb. Buna əsasən, tutduğum baş direktor ştatı ləğv olunub. Buna görə də mənə başqa – İctimai-siyasi departamentə keçmək təklif olundu. Təklif olunan işlə razılaşmadığım üçün öz ərizəmlə işdən ayrıldım. Rəhbərlik açıqlamasında deyib ki, audit yoxlamasından sonra belə tələb irəli sürülüb və vəzifəm ləğv olunub”.

 

Qeyd edək ki, M. Məmmədova sözügedən vəzifəyə 2019-cu ilin aprelində təyin olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır