Modern.az

Bu tələbələrin xərclərini dövlət ÖDƏYƏCƏK

Bu tələbələrin xərclərini dövlət ÖDƏYƏCƏK

Təhsil

29 Oktyabr 2021, 14:20

Ali təhsil xərcləri dövlət tərəfindən ödəniləcək şəxslərin kateqoriyaları müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə "Ali təhsil haqqında" Qanun layihəsində nəzərdə tutulub. Qanuna əsasən, aşağıdakı kateqoriya olan şəxslərin bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

 

- şəhid ailəsinin üzvləri;

 

- I, II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar;

 

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

 

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) I dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;

 

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları;

 

- məcburi köçkün statusu olan şəxslər.

 

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanıb. Qanunun işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?